Dünya
Kanadada turistlərin olduğu qayıq batıb - VİDEO
Kanadanın Britaniya Kolumbiyası əyalətində batmış gəzinti qayığındakı altı nəfərin axtarışı üzrə xilasetmə əməliyyatı davam edir. Oxu.Az-ın məlumatına görə, bu barədə CTV telekanalı xəbər verib.
Məlumata əsasən, turistlərin olduğu qayıq bazar günü Riçmond şəhərinin sahillərində batıb. Ümumilikdə qayığın göyərtəsində 10 nəfər olub, onlardan dördünü xilas etmək mümkün olub, digərlərinin axtarışı davam edir. Axtarış əməliyyatına Kanada Hərbi Hava Qüvvələrinin helikopterləri və təyyarələri cəlb edilib. Turist qayığının hansı səbəbdən batdığı hazırda araşdırılır.

Mənbə
oxu.az