Dünya
ABŞ-də daşqınlar: Ölənlər var - FOTO - VİDEO
ABŞ-nin Kentukki ştatında şiddətli yağışların yaratdığı daşqınlar səbəbindən azı dörd nəfər həlak olub. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "NBC News" telekanalı yayıb.
Təbii fəlakətlə əlaqədar ştat ərazisində fövqəladə vəziyyət rejimi elan edilib. Güclü yağıntılar və çayların məcrasından çıxması nəticəsində bəzi bölgələrdə suyun səviyyəsi 20 santimetrdən çox qalxıb. Son məlumatlara əsasən, 60-dan çox insan xilas edilərək təhlükəsiz ərazilərə təxliyə olunub. Hadisə nəticəsində azı dörd nəfər həyatını itirib. Bildirilir ki, bəzi qurbanlar yaşayış evlərinin zirzəmilərindən çıxa bilməyiblər.

Mənbə
oxu.az