Dünya
Yer kürəsində maqnit qasırğası bürüyəcək
İyunun 30-da Yer kürəsini G1 (zəif qasırğa) sinifli maqnit qasırğası bürüyəcək. Oxu.Az-ın kp.ru-ya istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib. Məlumata görə, iyunun 29-da qasırğa ehtimalı cəmi 10% nisbətində qiymətləndirilir, iyunun 30-da isə 87% ehtimalla maqnit dalğalanmaları gözlənilir. Alimlər iyul ayının nisbətən sakit keçəcəyini, maqnitosferin sabit olacağını proqnozlaşdırırlar.
Mənbə
oxu.az