Dünya
Nyu-Yorkda motosiklet piyadalara çırpıldı: Doqquz nəfər yaralandı - FOTO - VİDEO
ABŞ-də, Nyu-York şəhərinin Bruklin ərazisində yerləşən parkların birində yerli qadın idarə etdiyi üçtəkərli motosikletlə doqquz piyadanı vurub. Sürücü nəqliyyat vasitəsinə nəzarəti itirərək bu bədbəxt hadisəyə səbəb olub. Oxu.Az xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb. "Üçtəkərli motosikletin qadın sürücüsü Bruklindəki park ərazisindən keçərkən... Çox güman ki, o, idarəetməni saxlaya bilməyib və Kommodor Barri parkına daxil olaraq doqquz nəfər piyadanı əzib", - deyə məlumatda qeyd olunub. Bədbəxt hadisə yerli saatla 18:40-da (Bakı vaxtı ilə saat 04:40) qeydə alınıb. Motosikletin sahibi və xəsarət alan doqquz piyada təcili olaraq tibb müəssisələrinə çatdırılıb. Yaralılardan dördünün səhhətinin kritik olduğu bildirilir.
Mənbə
oxu.az