Dünya

Yeddi tonluq "Sirius SXM-11" peyki orbitə göndərildi - VİDEO

29 Jun 2026, 09:48 2 baxış
Yeddi tonluq "Sirius SXM-11" peyki orbitə göndərildi - VİDEO
"Falcon 9" daşıyıcı raketi ABŞ-yə məxsus yüksək tutumlu "Sirius SXM-11" rəqəmsal radioyayım peykini bazar ertəsi uğurla orbitə çatdırıb. Oxu.Az xəbər verir ki, bu məlumatı raketi hazırlayan "SpaceX" şirkəti paylaşıb.

Bildirilib ki, uçuş Florida ştatındakı Kanaveral burnunda yerləşən ABŞ Kosmik Qüvvələri bazasının 40 nömrəli buraxılış kompleksindən baş tutub. Təqribən 35 dəqiqə sonra aparat orbitdəki yerini alıb. Nyu-Yorkda qeydiyyatdan keçmiş "Sirius XM Holdings Inc." şirkətinin 7 tonluq "SXM-11" peykinin əsas məqsədi Şimali Amerika ərazisində S-diapazonunda peyk radiyoyayımı xidmətlərini təmin etməkdir. Qurğunun xidmət müddətinin 15 il olacağı planlaşdırılır. Qeyd olunub ki, bu cihaz yaradılmasına 2008-ci ildən başlanan "Sirius XM" peyk şəbəkəsini daha da genişləndirəcək. Sonuncu uçuş da daxil olmaqla, hazırda orbitdə bu tipli səkkiz aparat fəaliyyət göstərəcək. Missiya çərçivəsində 17-ci dəfə tətbiq edilən daşıyıcı raketin çoxistifadəli birinci pilləsi ayrılma prosesindən sonra Atlantik okeanında yerləşən "A Shortfall of Gravitas" dəniz platformasına şaquli və idarəolunan şəkildə uğurla eniş edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər