Cəmiyyət

Bakının bu rayonunda 3 saat işıq olmayacaq

29 Jun 2026, 09:30 2 baxış
Bakının bu rayonunda 3 saat işıq olmayacaq

Bu gün paytaxtın Nizami rayonunun bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


"Azərişıq"dan Axar.az-a verilən məlumata görə, iyunun 29-da Nizami Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Qapalı Paylayıcı Qurğularda (QPQ) təmir-təftiş işləri aparılacaq.


Bununla əlaqədar olaraq saat 10:00-dan 13:00-dək Mikayıl Əliyev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.


"Təmir işləri yekunlaşdıqdan sonra həmin küçə daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq", - məlumatda bildirilir.

Mənbə axar.az

Oxşar Xəbərlər