Dünya

Rusiyada köpəkbalıqları çimərlikləri zəbt ediblər - VİDEO

29 Jun 2026, 06:04 2 baxış
Rusiyada köpəkbalıqları çimərlikləri zəbt ediblər - VİDEO
Rusiyanın Primorye diyarının sakinləri köpəkbalığı axını ilə üzləşiblər. Oxu.Az "Shot" "Telegram" kanalına istinadən xəbər verir ki, yırtıcılar sözün əsl mənasında yerli çimərliklərdən birini zəbt ediblər.

Turistlər arasında populyar olan Triozyerye körfəzində azı iki köpəkbalığı aşkar edilib, onlardan biri lövhə üzərində avarçəkənin tam yaxınlığında görülüb. Yerli sakinlər etiraf edirlər ki, köpəkbalıqları ilk dəfədir sahilə bu qədər yaxın məsafədə müşahidə olunur. Primoryelilər artıq bu çimərlikdə üzməkdən çəkinsələr də, digər çimərliklərdə köpəkbalıqlarının qeydə alınmasına baxmayaraq, hələlik mövsümün bağlanması barədə düşünmürlər. 2026-cı ilin yayında Primoryedə köpəkbalıqlarının yüksək fəallığı müşahidə olunur. Mütəxəssislər izah edirlər ki, suyun temperaturunun kəskin yüksəlməsi və tuna balığının populyasiyasının artması səbəbindən köpəkbalıqları sahilə daha yaxın üzməyə başlayıblar.
Mənbə oxu.az

Oxşar Xəbərlər