Cəmiyyət

Yeni doğulan körpənin çəkisi onun gələcək intellektinə necə təsir edir? - ARAŞDIRMA

29 Jun 2026, 06:36 2 baxış
Yeni doğulan körpənin çəkisi onun gələcək intellektinə necə təsir edir? - ARAŞDIRMA
Əkiz uşaqlar doğularkən daha yüksək çəkiyə malik olan körpə sonralar intellekt testlərində orta hesabla daha yüksək nəticələr göstərir. Oxu.Az xəbər verir ki, bu barədə araşdırma "Journal of Child Psychology and Psychiatry" (JCPP) jurnalında dərc olunub. Tədqiqat müəllifləri 2 098 eynicinsli əkiz cütlüyünün, o cümlədən tək və cüt yumurta əkizlərinin məlumatlarını təhlil ediblər. Doğularkən çəki və baş çevrəsi tibbi kartlardan götürülərək cinsə və hamiləlik müddətinə uyğun beynəlxalq inkişaf cədvəlləri əsasında normalaşdırılıb. Bu, vaxtından əvvəl doğulan uşaqlarla vaxtında doğulanları müqayisə etmək əvəzinə, hər bir uşağın öz hamiləlik müddəti üçün normadan nə qədər fərqləndiyini qiymətləndirməyə imkan verib. 12 yaşında aparılan qiymətləndirmə zamanı doğularkən daha ağır olan əkiz övladlar qeyri-verbal intellekt testlərində nəzərəçarpacaq dərəcədə daha yüksək nəticələr göstəriblər. Nəticələr göstərir ki, hamiləlik dövründə qidalanmanın və tibbi nəzarətin yaxşılaşdırılması praktik baxımdan böyük əhəmiyyət daşıyır. Ana bətnindəki erkən inkişaf şəraiti onilliklər boyu davam edə biləcək koqnitiv üstünlüklər yarada bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər