Dünya

KİV: Fransada qızmar istilər mindən çox can alıb

29 Jun 2026, 03:32 2 baxış
KİV: Fransada qızmar istilər mindən çox can alıb
Fransa Milli İctimai Səhiyyə Agentliyi ölkədə rekord istilər zamanı 1 000-dən çox ölüm faktı qeydə alıb. Oxu.Az AFP agentliyinə istinadən xəbər verir ki, dünyasını dəyişənlərin əksəriyyəti 65 yaşdan yuxarı şəxslərdir. Agentlikdən qeyd ediblər ki, qocalar evlərindən məlumatlar daxil olduqdan sonra hesablama davam etdiriləcək. İyunun 20-də başlayan istilik dalğası Avropa tarixində ən intensiv dalğası olub. Səhiyyə naziri Stefani Rist xəbərdarlıq edib ki, istilərin fəsadları temperatur endikdən sonra 10 günə qədər özünü göstərə bilər. Qeyd olunub ki, isti hava kütləsi şərqə doğru hərəkət edir. Fransanın əksər bölgələrində temperatur düşsə də, şimal-şərqdə xəbərdarlıqlar qüvvədə qalır.
Mənbə oxu.az

Oxşar Xəbərlər