Cəmiyyət
Qeyri-sabit havalar dəniz kənarındakı obyektlərə necə təsir edir? - VİDEO
Havaların qeyri-sabit keçməsi dəniz kənarında yerləşən obyekt sahiblərini çətin vəziyyətdə qoyub. Oxu.Az "Xəzər" TV-yə istinadən xəbər verir ki, hava şəraiti ilə əlaqədar müştərilər də dənizə və onun ətrafındakı obyektlərə üz tutmurlar. Sahibkarlar bildirirlər ki, yaranmış vəziyyət onların işinə 30-40 faiz ziyan vurur.
Obyekt sahibləri belə vəziyyətdə həm personala, həm də icarəyə götürdükləri yerin sahibinə pul verməli olurlar ki, bu da onların ayı zərərlə tamamlamalarına gətirib çıxarır. Onlar bildirirlər ki, bu cür hava şəraiti əvvəllər olsa da, lakin bu qədər uzun müddət davam etmirdi.

Mənbə
oxu.az
Oxşar Xəbərlər