Dünya

Qazaxıstan ordusu yüksək döyüş hazırlığı rejiminə keçiriləcək

29 Jun 2026, 00:00 1 baxış
Qazaxıstan ordusu yüksək döyüş hazırlığı rejiminə keçiriləcək
Qazaxıstanda iyunun 29-dan iyulun 2-dək qoşunların ən yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi üçün kompleks taktiki və sıra təlimləri keçiriləcək. Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi "Telegram" kanalında məlumat yayıb. Qeyd olunur ki, bütün hərbi tədbirlər təlim xarakteri daşıyır və əvvəlcədən təsdiqlənmiş plana uyğun keçirilir. Lakin manevrlər, əsasən, hərbi hissələrin və təlim poliqonlarının ərazilərində aparılacağı üçün texnikanın genişmiqyaslı hərəkəti nəzərdə tutulur. Nazirlik izah edib ki, Silahlı Qüvvələrin ayrı-ayrı bölmələri poliqonlara və təlim mərkəzlərinə yürüşlər həyata keçirəcək. Buna görə də avtomobil yollarının müəyyən hissələrində mülki nəqliyyat üçün müvəqqəti hərəkət məhdudlaşa bilər.
Mənbə oxu.az

Oxşar Xəbərlər