Dünya
Almaniyada döyüş sursatları poliqonunda yanğın baş verib, yüzlərlə insan təxliyə edilib
Almaniyanın qərbində, isti hava şəraiti fonunda hökumət orqanları keçmiş poliqonda baş verən meşə yanğını səbəbindən Trayzen bələdiyyəsinin bütün sakinlərini təxliyə edib. Oxu.Az "Tagesschau" nəşrinə istinadən xəbər verir ki, sursatlarla dolu ərazidə baş verən yanğın səbəbindən oradan təxminən 650 nəfər köçürülüb. Hökumət orqanlarının məlumatına görə, yanğın bir gün əvvəl günorta saatlarında başlayıb. İyunun 28-nə olan məlumata görə, alov üç hektara yaxın əraziyə yayılıb. Trayzen sakinləri qonşu bələdiyyənin idman kompleksində yerləşdirilib. Yanğın əvvəllər döyüş sursatlarının utilizasiya edildiyi təbiət qoruğunda baş verib. Alov səbəbindən köhnə sursatlar partlamağa başlayıb və bu da fövqəladə xidmətlərin işini çətinləşdirib.
Mənbə
oxu.az