Cəmiyyət

Ağsuçayda suyun səviyyəsi qalxıb, Şamaxının dağ kəndlərinə gedən yol bağlanıb - VİDEO

28 Jun 2026, 22:48 2 baxış
Ağsuçayda suyun səviyyəsi qalxıb, Şamaxının dağ kəndlərinə gedən yol bağlanıb - VİDEO
Yağan güclü yağış və ardınca gələn sel nəticəsində Ağsuçayda sululuq artıb. Nəticədə Şamaxının dağ kəndlərindən olan Qaleybuğurd, Qaladərəsi və Keşmədin kəndlərinə gedən avtomobil yolu tamamilə dağılıb. Bu barədə Baku TV-nin hazırladığı videomaterialdada deyilir. Belə ki, sürücülər müəyyən istiqamətdə hərəkət edə bilmir və yol bağlı hesab edilir.

Sakinlər bildirirlər ki, baş verən vəziyyət onlar üçün çətinlik yaradıb və maşınların bir çoxu rayon mərkəzinə gedə bilmir. Hətta kəndlərə gələn turistlər də oranı tərk etməkdə çətinliklə üzləşirlər.
Mənbə oxu.az

Oxşar Xəbərlər