Cəmiyyət

Lerikdə maşın dərəyə aşdı: bir ailənin 4 üzvü yaralandı

28 Jun 2026, 18:10 2 baxış
Lerikdə maşın dərəyə aşdı: bir ailənin 4 üzvü yaralandı

Lerikdə yol-nəqliyyat qəzasında biri azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.


Axar.az xəbər verir ki, hadisə Lənkəran-Lerik magistralında baş verib.


Məlumata görə, Astara rayon sakini 1989-cu il təvəllüdlü Elnur İbrahim oğlu Qurbanlı idarə etdiyi "Opel" markalı nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən idarəetməni itirib. Nəqliyyat vasitəsi hündürlükdən dərəyə aşıb. Dərəyə aşan avtomobil ağaca çırpılaraq dayanıb.


Qəza nəticəsində avtomobildə sərnişin qismində olanlar, sürücü və onun həyat yoldaşı 1995-ci il təvəllüdlü Aidə Mərhəmət qızı Qurbanlı, 5 yaşlı övladları N.Q, eləcə də 1989-cu il təvəllüdlü Rəvanə Baba qızı Əliyeva xəsarət alıblar. Onlar ətrafdakıların köməyi ilə nəqliyyat vasitəsindən çıxarılıblar.


İlkin ehtimala görə qəza səbəb yağışlı hava şəraiti olub.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər