Dünya
Türkiyədə zəlzələ baş verib
Türkiyənin Balıkesir vilayətinin Sındırqı rayonunda 4 bal gücündə zəlzələ baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata görə, zəlzələ yerli vaxtla saat 15:56-da (Bakı vaxtı ilə saat 16:56 - red.) qeydə alınıb. Yeraltı təkanların dərinliyi 11.22 kilometr olub. İnsan tələfatı və dağıntı barədə məlumat daxil olmayıb.
Mənbə
oxu.az