Cəmiyyət
Türkiyə və Azərbaycan paxlava ilə bağlı hərəkətə keçdilər
Türkiyə və Azərbaycan paxlavanın UNESKO-nun Ümumdünya İrs Siyahısına "baklava" və "pakhlava" adları altında daxil edilməsi üçün birgə müraciət təqdim ediblər.
Axar.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.
“Bu, Yunanıstanın şirniyyata müəlliflik hüququ tələb etmək cəhdlərinə cavabdır. Müraciətlə bağlı yekun qərar 30 noyabr - 5 dekabr tarixlərində Çinin Syamen şəhərində keçiriləcək UNESKO Hökumətlərarası Komitəsinin iclasında veriləcək", - məlumatda qeyd edilib.
Mənbə
axar.az