Cəmiyyət

Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb

28 Jun 2026, 14:12 1 baxış
Azərbaycanda məhkəmə hakimlərinin sayı açıqlanıb
2023-cü ilin əvvəlindən indiyədək 254 yeni hakim təyinatı olub. Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu hakimliyə namizədlərlə keçirilən test imtahanı çərçivəsində jurnalistlərə açıqlamasında Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov bildirib. O deyib ki, hazırda ölkəmizdə 705 məhkəmə hakimi fəaliyyət göstərir. "Vakant yerlərə yeni təyinatların aparılması məqsədilə hakimliyə namizədlərin seçimi prosesi fasiləsiz davam etdirilir. Hazırda 67 hakimliyə namizədlə müsahibələr artıq yekunlaşdırılıb. Yaxın zamanda müvəffəqiyyət qazanmış namizədlərlə bağlı nəticələr elan ediləcək", - deyə K.Mansurov əlavə edib. K.Mansurov hakim olmaq arzusunda olan hüquqşünasları imtahanlarda daha fəal iştiraka dəvət edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər