Dünya

Bayden yenə "marşrutu" səhv saldı - VİDEO

28 Jun 2026, 13:12 3 baxış
Bayden yenə "marşrutu" səhv saldı - VİDEO
ABŞ-nin sabiq prezidenti Co Bayden növbəti dəfə ictimai tədbir zamanı səhnədə istiqaməti itirərək diqqət mərkəzinə düşüb. Hadisə Demokratlar Partiyasının Merilend ştatında keçirilən qala gecəsində baş verib. Oxu.Az bu barədə "The New York Post" qəzetinə istinadən xəbər verir.

Nəşrin yazdığına görə, Bayden səhnəni hansı istiqamətdən tərk etməli olduğunu müəyyənləşdirmək üçün ətrafındakıların köməyinə ehtiyac duyub. Bildirilir ki, o, əvvəlcə iki fərqli istiqaməti göstərərək tərəddüd edib, daha sonra vəziyyəti anlayaraq arxasını tamaşaçılara çevirib və səhnəni tərk edib. Qeyd edək ki, Co Bayden son illərdə ictimai tədbirlər zamanı buna bənzər hallarla dəfələrlə gündəmə gəlib.
Mənbə oxu.az

Oxşar Xəbərlər