Ağdərədə ağır qəza: yaralılar var
Ağdərə rayonunda tur iştirakçılarını daşıyan mikroavtobusun qəzaya uğraması nəticəsində beş nəfər xəsarət alıb.
Axar.az Teleqraf-a istinadla xəbər verir ki, yol-nəqliyyat hadisəsi rayonun Vəngli kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan mikroavtobus qarşıdan gələn minik avtomobili ilə toqquşub.
Qəza nəticəsində mikroavtobusda olan sərnişinlərdən — 1984-cü il təvəllüdlü Raidə Bəxtiyar qızı İmanova, 1989-cu il təvəllüdlü Həcər Əli qızı Həsənova, 2011-ci il təvəllüdlü Minarə Elnur qızı Babayeva, 2018-ci il təvəllüdlü Hüseyn Pərviz oğlu İmanov və 1966-cı il təvəllüdlü Nərgiz Əmrah qızı Hacıyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar təcili tibbi yardım avtomobilləri ilə Bərdə Müalicə-Diagnostika Mərkəzinə çatdırılıblar.
Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.