Dünya
Avropada anomal istilər: İsveçrədə buzlaqlar sürətlə əriməyə başlayıb
Avropada müşahidə olunan güclü istilər fonunda İsveçrədəki buzlaqlar getdikcə daha sürətlə əriyir. Oxu.Az xəbər verir ki, bu barədə "The Guardian" məlumat yayıb. Ötən qış İsveçrə buzlaqlarında toplanmış qar və buzun iyunun 29-dək tamamilə əriyəcəyi gözlənilir. "Alp dağlarının bütün ərazisində buz və qarın misli görünməmiş sürətlə əridiyini müşahidə edirik. Çox yüksək temperaturun davam etdiyi günlərin sayı artdıqca bu, buzlaqlara daha böyük zərər vurur", - deyə "Glamos" şirkətinin rəhbəri Matiyas Huss bildirib. Nəşrin məlumatına görə, Avropanın ən böyük iki çayı olan Reyn və Rona çaylarını qidalandıran suyun əhəmiyyətli hissəsi Alp buzlaqlarından qaynaqlanır. Hussun sözlərinə görə, 2026-cı ildə buzlaqların səthini qidalandıran qarın həcmi 2010-2020-ci illərin göstəriciləri ilə müqayisədə 25% az olub.
Mənbə
oxu.az