Şou biznes
Avropanı cənginə alan istilər: Macarıstanda ekstremal isti hava şəraiti elan edilib
Macarıstan hökuməti 27 iyun şənbə günündən etibarən çərşənbə axşamınadək kəskin isti hava şəraiti ilə əlaqədar olaraq ən yüksək - üçüncü dərəcəli təhlükə rejimini işə salıb. Oxu.Az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Peter Madyar brifinqdə bildirib. Məlumata görə, havanın temperaturu kölgədə 40 dərəcəyə qədər yüksələ bilər ki, bu da yeni rekord olacaq. Budapeştin metro stansiyalarında, vağzallarında və mərkəzi meydanlarında əhaliyə təmiz içməli su ödənişsiz olaraq paylanılır. Eyni zamanda, hökumətin tapşırığı əsasında bələdiyyələr insanlara kondisionerlə təchiz edilmiş ictimai binalara sərbəst daxil olmaq imkanı yaradıb. Bu məqsədlə yaradılmış xüsusi veb-saytda ölkə ərazisindəki iki mindən artıq belə məkanın siyahısı təqdim olunub. Qeyd edək ki, Avropa ölkələri artıq bir həftədir ki, anomal istilər şəraitində yaşayır və bu müddət ərzində isti nəinki səngiməyib, əksinə, pik həddə çatıb. Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi də Avropa sakinlərinin sağlamlığının və həyatının mövcud hava şəraitinə görə risk altında olduğu barədə xəbərdarlıq edib.
Mənbə
oxu.az