İdman
Azərbaycanda yeni futbol klubu yaradılır
Azərbaycanda yeni futbol klubu yaradılır.
Axar.az xəbər verir ki, "Caspian" adlı futbol klubunun yaradıcı Asiman Cəfərlidir.
O, həvəskar futbolçuları bir araya yığaraq, yeni klubun əsasını qoyub.
Klub Bakıda fəaliyyət göstərir.
Hazırda Həvəskar Futbol Klubunun 50-yə yaxın üzvü var.
Qeyd edək ki, Asiman bu klubu sosial şəbəkədə "0-dan futbol klubu qururam" adlı bir postla qurmağa başlayıb və hazırda bunu davam etdirir.
Futbol klubunun heç bir maliyyə dəstəyi yoxdur.
Mənbə
axar.az