İdman
Bakıda "UFC Fight Night" turnirinin rəsmi çəkiölçmə mərasimi keçirilir - FOTO - VİDEO
İyunun 27-də Bakıda keçiriləcək "UFC Baku Fight Night" turniri öncəsi oktaqona çıxacaq döyüşçülərin rəsmi çəkiölçmə mərasimi keçirilir. Oxu.Az xəbər verir ki, tədbirdə ümumilikdə 26 döyüşçü iştirak edir. Bakı Gimnastika Arenasında baş tutacaq döyüş gecəsində altısı əsas, yeddisi isə ilkin kartda olmaqla, ümumilikdə, 13 döyüş olacaq.
Xatırladaq ki, bu il "UFC Fight Night" iyunun 27-də Milli Gimnastika Arenasında baş tutacaq. Gecənin əsas döyüşündə azərbaycanlı təmsilçi Rafael Fiziyev yüngül çəki dərəcəsində Manuel Torreslə üz-üzə gələcək. İkinci əsas döyüşdə isə orta çəki dərəcəsində Şarabutdin "Shara Bullet" Maqomedov Mişel Pereyra ilə qarşılaşacaq. Turnir çərçivəsində digər azərbaycanlı döyüşçülər - Tahir Abdullayev, Nazim Sadıxov və Fərman Həsənov da oktaqona çıxacaqlar. Onlar müvafiq olaraq braziliyalı Ceferson Nasimento, braziliyalı Mateus Kamilo və ABŞ-li Erik Nolanla döyüşəcəklər.
{{gallery}}

Mənbə
oxu.az