İdman

DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu

26 Jun 2026, 08:22 1 baxış
DÇ-2026: Türkiyə mundialı qələbə ilə başa vurdu

2026-cı il dünya çempionatında III turun oyunları davam edir.


Axar.az xəbər verir ki, ikinci oyun günündə D qrupunun iki görüşü baş tutub.


Paraqvay millisi Avstraliya ilə qarşılaşıb. Oyun başladığı kimi də başa çatb: 0:0. Avstraliya 4 xalla qrupu ikinci, eyni xalla Paraqvay isə 3-cü pillədə başa vurub. Hər iki komanda adını 1/16 finala yazdırmağı bacarıb.


Qrupun digər matçında isə ev sahibi ABŞ Türkiyə ilə üz-üzə gəlib. 5 qolun vurulduğu matçda qalib Türkiyə millisi olub: 3:2.


Qrupu 3 xalla sonuncu pillədə bitirən Türkiyə üçün mundial başa çatıb. ABŞ isə 6 xalla qrupdan lider kimi çıxıb.


Hər iki matç Bakı vaxtı ilə saat 06:00-da start götürüb.


DÇ-2026


D qrupu, III tur


26 iyun


06:00. Paraqvay - Avstraliya 0:0


06:00. Türkiyə - ABŞ 3:2


Qol: Trasti, 3, Arda Güler, 10, O. Kökçü, 31, Serhalter, 69, Kaan Ayhan, 90+8

Mənbə axar.az

Oxşar Xəbərlər