İdman
DÇ-2026: Niderland və Yaponiya PLEY-OFFDA - VİDEO
Futbol üzrə dünya çempionatında (DÇ-2026) F qrupunun oyunları yekunlaşıb. Oxu.Az xəbər verir ki, son turda Niderland millisi Tunislə, Yaponiya İsveçlə qarşılaşıblar. Kanzas şəhərində keçirilən görüşdə niderlandlılar Tunis millisinə 3:1 hesabı ilə qalib gəliblər.
Elye Skiri (3-öz qapısına), Brayan Brobbi (7) və Yan Paul van Heke (62) Niderlandın qollarını vuran futbolçular olublar. Afrika təmsilçisinin yeganə qolu isə 54-cü dəqiqədə Hazem Masturidən gəlib. Dallasda keçirilən oyunda isə Yaponiya və İsveç qalibi müəyyənləşdirə bilməyiblər - 1:1. Yaponların heyətində Daydzen Maeda (56), avropalılarda isə Antoni Elanqa (62) adlarını tabloya yazdırıb.
Bu nəticədən sonra Niderland 10 xalla qrupu lider olaraq tamamlayıb. Yaponiya millisi beş xalla ikinci yeri tutaraq pley-offa vəsiqə qazanıb. İsveç dörd xalla üçüncü olub, Tunis 0 xalla qrupu sonuncu pillədə tamamlayıb.

Mənbə
oxu.az