İdman

DÇ-2026: E qrupunda Almaniyanın ardınca Kot-d'İvuar da pley-offa vəsiqə qazandı

26 Jun 2026, 02:02 3 baxış
DÇ-2026: E qrupunda Almaniyanın ardınca Kot-d'İvuar da pley-offa vəsiqə qazandı
Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) E qrupunda 3-cü turun oyunları keçirilib. Oxu.Az xəbər verir ki, qrup mərhələsinin son görüşləri çərçivəsində Ekvador - Almaniya və Kürasao - Kot-d'İvuar qarşılaşmaları baş tutub. ABŞ-nin İst-Raterford şəhərində keçirilmiş oyunda Almaniya millisi gözlənilmədən rəqibinə 1:2 hesabı ilə uduzub. Avropa təmsilçisinin yeganə qolunu 9-cu dəqiqədə Leroy Sane vurub. Ekvadora qələbə qazandıran qolların müəllifləri isə Nilson Anqulo (11-ci dəqiqə) və Qonsalo Plata (77-ci dəqiqə) olublar. Kot-d'İvuar millisi ABŞ-nin Filadelfiya şəhərində keçirilmiş görüşdə isə Nikolya Pepenin (7 və 64-cü dəqiqələr) dublu sayəsində Kürasaonu üstələyib - 2:0. Bu nəticələrdən sonra Almaniya 6 xalla qrupu lider kimi başa vurub. Eyni xala malik Kot-d'İvuar 2-ci olub. Ekvador 4 xalla 3-cü, Kürasao isə 1 xalla sonuncu yeri tutub.
Mənbə oxu.az

Oxşar Xəbərlər