İdman

Mourinyo: "Mundialda "Real"ın oyunçularının daha tez məğlub olmasını istəyirəm"

26 Jun 2026, 00:48 2 baxış
Mourinyo: "Mundialda "Real"ın oyunçularının daha tez məğlub olmasını istəyirəm"
"Real Madrid"in baş məşqçisi Joze Mourinyo 2026-cı il dünya çempionatından gözləntilərini bölüşüb və turnirin favoritlərinin adlarını çəkib. Oxu.Az "Marca" nəşrinə istinadən xəbər verir ki, Mourinyo "Real Madrid"in oyunçularının turnirdən daha tez məğlub olub məzuniyyətə yollanmalarını arzuladığını bildirib. Mourinyo fikirlərini belə əsaslandırıb: "Həqiqəti bilmək istəyirsiniz? Mən "Real"ın oyunçularının daha tez məğlub olub məzuniyyətə yollanmasını istəyirəm. İstəyirəm ki, onlar mövsümöncəsi hazırlığa qayıtsınlar". Mütəxəssis həmçinin turnirin gedişatı ilə bağlı təəssüratını da bölüşüb: "Turnirin əvvəlində bir növ təcridlik hissi keçirirdim. 10 dəqiqədən sonra oyundan qopuram. 7:1 və ya 5:1 hesabı qeyri-mümkündür. Axı bu, dünya çempionatıdır". Portuqaliyalı məşqçi qeyd edib ki, turniri 1/8 final mərhələsindən etibarən ciddi şəkildə izləməyə başlayacaq. O, favoritlər siyahısına aşağıdakı komandaları daxil edib: - İngiltərə - Fransa - İspaniya - Argentina - Braziliya - Portuqaliya
Mənbə oxu.az

Oxşar Xəbərlər