Dünya

Kanada "Avroviziya" mahnı müsabiqəsində iştirak hüququ əldə edib

25 Jun 2026, 22:30 3 baxış
Kanada "Avroviziya" mahnı müsabiqəsində iştirak hüququ əldə edib
Kanadanın "CBC/Radio-Canada" teleradio şirkəti Avropa Yayım İttifaqının (EBU) tamhüquqlu üzvü olub və bu, ona "Avroviziya" mahnı müsabiqəsində iştirak etmək hüququ verir. Oxu.Az xəbər verir ki, bu barədə EBU-nun mətbuat xidməti məlumat yayıb. Yeni üzvün qəbulu ilə bağlı səsvermə iyunun 25-də EBU-nun Praqada keçirilən 96-cı baş assambleyasında baş tutub "İndi tamhüquqlu üzv olan "CBC/Radio-Canada" EBU ilə əməkdaşlığın bütün spektrinə, o cümlədən jurnalist araşdırmaları, məlumatların yoxlanılması, rəqəmsal xəbərlər və data üzrə eksklüziv şəbəkələrə, həmçinin "Eurovision News Exchange" və "Euroradio Music Exchange" xidmətlərinə çıxış əldə edir", - deyə EBU-dan bildirilib. Hazırda EBU-nun tərkibinə 57 ölkədən 115 təşkilat daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər