İdman

Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazandı

25 Jun 2026, 22:56 2 baxış
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazandı
Qazaxıstanın Astana şəhərində keçirilən "Kazakhstan Open" beynəlxalq turnirində Azərbaycan taekvondo millisinin üzvü Minayə Əkbərova (46 kq) uğurla çıxış edərək qızıl medal qazanıb. Bu barədə Oxu.Az-a Azərbaycan Taekvondo Federasiyasından bildirilib. Qeyd edək ki, Azərbaycanın taekvondo üzrə gənclər və böyüklərdən ibarət milli komandaları Qazaxıstanın Astana şəhərində keçirilən "Altay" çempionatı (22-23 iyun) və "Kazakhstan Open" (25-27 iyun) beynəlxalq turnirində iştirak edirlər. Daha əvvəl "Altay" çempionatında taekvondo üzrə böyüklərdən ibarət milli komandasının üzvləri - Cavad Ağayev (80 kq) gümüş, Elcan Əliyev (80 kq) və Minayə Əkbərova (46 kq) isə bürünc medal sahibi olublar.
{{gallery}}
Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazandı Azərbaycan taekvondoçusu beynəlxalq turnirdə qızıl medal qazandı
Mənbə oxu.az

Oxşar Xəbərlər