Dünya

Ermənistan Baş Prokurorluğu Tsarukyanın toxunulmazlığının ləğvi üçün müraciət etdi

25 Jun 2026, 21:36 1 baxış
Ermənistan Baş Prokurorluğu Tsarukyanın toxunulmazlığının ləğvi üçün müraciət etdi
Ermənistan Baş Prokurorluğu "Çiçəklənən Ermənistan" partiyasının lideri Qaqik Tsarukyanın toxunulmazlığının ləğv edilməsi barədə Mərkəzi Seçki Komissiyasına (MSK) vəsatət göndərib. Oxu.Az bu barədə "Sputnik Ermənistan" saytına istinadən xəbər verir. MSK vəsatətin hansı cinayət işi çərçivəsində təqdim olunduğunu açıqlamayıb. Bildirilir ki, iyunun 26-da Konstitusiya Məhkəməsi siyasi qüvvələrin iyunun 7-də keçirilmiş parlament seçkisinin nəticələrinə etiraz edən müraciətlərini müzakirə etdikdən sonra bu məsələyə baxıla bilər. MSK-nın rəsmi məlumatına görə, "Çiçəklənən Ermənistan" partiyası 58 287 səs (3.98%) toplayaraq qanunla müəyyən edilmiş dörd faizlik keçid baryerini aşa bilməyib.
Mənbə oxu.az

Oxşar Xəbərlər