Dünya

Avstraliyada illüzionist Hidden müəmmalı şəraitdə yoxa çıxıb

25 Jun 2026, 20:24 2 baxış
Avstraliyada illüzionist Hidden müəmmalı şəraitdə yoxa çıxıb
Avstraliyada tanınmış illüzionist Deniel Hiddenin müəmmalı şəkildə yoxa çıxmasından sonra onun cəsədi tapılıb. Oxu.Az xəbər verir ki, bu barədə məlumatı "The Sun" nəşri yayıb. Məlumata görə, 26 yaşlı illüzionist iyunun 14-də avtomobili və kemperi ilə Kvinslend ştatında istirahətə yollanıb. Səhər saatlarından etibarən onunla əlaqə kəsildikdən sonra narahat olan ailə üzvləri dərhal hüquq-mühafizə orqanlarına müraciət ediblər. Fokusçuya məxsus nəqliyyat vasitəsi hadisədən iki gün sonra tapılsa da, özünün tapılması üçün 100-dən çox insanın cəlb olunduğu genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı keçirilib. Hiddenin qalıqları iyunun 24-də Maunt-Kuqal milli parkının meşəlik ərazisində aşkar edilib. İllüzionistin qardaşı İlya Cəmşidi bildirib ki, Deniel tez-tez tək istirahətə getsə də, hər zaman ailəsi ilə əlaqədə olub, buna görə də telefonunun sönülü olması dərhal şübhə və həyəcan doğurub. Polis ilkin araşdırmalardan sonra illüzionistin ölümünü şübhəli hesab etmədiyini və hadisə ilə bağlı araşdırmaların davam etdiyini bildirib. Qeyd edək ki, Deniel Hidden Avstraliyanın şərq sahillərində populyar idi, öz orijinal fokus nümayişləri və sosial media bloqları ilə minlərlə izləyici toplamışdı.
Mənbə oxu.az

Oxşar Xəbərlər