İdman

"Qarabağ" Yamayka millisinin futbolçusu ilə müqavilə imzaladı

25 Jun 2026, 19:48 2 baxış
"Qarabağ" Yamayka millisinin futbolçusu ilə müqavilə imzaladı
2026/27 mövsümünün transfer çalışmalarını davam etdirən "Qarabağ" futbol klubu növbəti transferini elan edib. Oxu.Az bu barədə klubun mətbuat xidmətinə istinadən xəbər verir. Bildirilib ki, Rusiyanın "Pari Nijni Novqorod" klubu ilə danışıqlar uğurla yekunlaşıb və yamaykalı Renaldo Sefas "Qarabağ"a transfer olunub. Cinah vingeri, həmçinin mərkəz hücumçusu kimi çıxış edən futbolçu ilə üçillik müqavilə imzalanıb. 26 yaşlı yamaykalı 2029-cu ilin yayına qədər komandanın formasını geyinəcək. Yamaykada "Arnett Qardens"in formasını geyinmiş Renaldo Şimali Makedoniyada "Şkupi", Türkiyədə "Ankaragücü" klublarında çıxış edib və 2025-ci ilin yayında Rusiya təmsilçisinə keçib. 2023-cü ildən Yamayka millisinin futbolçusu olan Sefas 21 oyunda 1 qol vurub. O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatçısı olub. Qeyd edək ki, Renaldo Sefas yay transfer pəncərəsində Ağdam təmsilçisinin altıncı transferidir. Daha əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç "Qarabağ"a qoşulub.
Mənbə oxu.az

Oxşar Xəbərlər