Dünya
Rusiya Sankt-Peterburqdakı Rumıniya konsulluğunu bağladı
Rusiya Sankt-Peterburqdakı Rumıniya konsulluğunu bağlamaq və sözügedən ölkənin konsulunu ölkədən çıxarmaq qərarına gəlib. Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi (XİN) açıqlama yayıb. "İyunun 25-də Rumıniyanın Rusiya Federasiyasındakı səfiri Kristian İstrat Rusiya Xarici İşlər Nazirliyinə çağrılıb. Ona Sankt-Peterburqdakı Rumıniya baş konsulunun "persona non grata" (arzuolunmaz şəxs) elan edilməsi və həmin ölkənin konsulluq idarəsinin bağlanması ilə bağlı nazirliyin notası təqdim edilib", - deyə XİN-dən bildirilib. Vurğulanıb ki, bu tədbirlər Buxarestin Konstansadakı Rusiya Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığın əsassız olaraq ləğv edilməsinə və onun rəhbərinin "persona non grata" elan edilməsinə cavab olaraq həyata keçirilib.
Mənbə
oxu.az