Dünya

"Jaguar Land Rover" ABŞ-də 250 mindən çox avtomobili geri çağırır

25 Jun 2026, 15:58 6 baxış
"Jaguar Land Rover" ABŞ-də 250 mindən çox avtomobili geri çağırır
Böyük Britaniyanın "Jaguar Land Rover" avtomobil şirkəti sürücünün təhlükəsizlik yastığının açılmasına təsir edən nasazlığa görə ABŞ-də 250 857 ədəd yolsuzluq avtomobilini geri çağırır. Oxu.Az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ABŞ-nin Milli Avtomobil Yolları Hərəkətinin Təhlükəsizliyi İdarəsinin hesabatlarına istinadən məlumat yayıb. Agentliyin məlumatına görə, bu proses Hindistanın "Tata Motors" korporasiyasına məxsus olan "Land Rover"in "Defender", "Discovery" modellərinə və "Range Rover" seriyasından olan bəzi yolsuzluq avtomobillərinə aid ediləcək. Maşınların hansı illərdə istehsal olunduğu barədə məlumat verilməyib. Problemə sürücünün təhlükəsizlik yastığındakı yay birləşdiricisinin korroziyaya uğraması səbəb olub ki, bu nasazlıq sistemin vaxtında və düzgün işləməsinin qarşısını ala bilər. Nəticə etibarilə qəza anında xəsarət almaq riski yüksəlir. "Reuters"in məlumatına görə, dilerlər konnektor klemalarına pulsuz şəkildə xüsusi qoruyucu sürtkü geli tətbiq edəcəklər.
Mənbə oxu.az

Oxşar Xəbərlər