Dünya

Rəsmi Bakı Venesuelaya başsağlığı verdi - FOTO

25 Jun 2026, 14:16 2 baxış
Rəsmi Bakı Venesuelaya başsağlığı verdi - FOTO
Azərbaycan Xarici İşlər Nazirliyi Venesuelada baş verən dağıdıcı və insan itkisi ilə nəticələnən zəlzələlər ilə əlaqədar başsağlığı verib. Oxu.Az xəbər verir ki, bu barədə nazirliyin "X" hesabında paylaşım edilib. "Venesuela ərazisində ağır insan tələfatına və genişmiqyaslı dağıntılara yol açan şiddətli zəlzələ xəbəri bizi dərindən kədərləndirdi. Bu çətin günlərdə həyatını itirənlərin ailələrinə ən səmimi duyğularla başsağlığı verir, Venesuela hökuməti və xalqı ilə tam həmrəy olduğumuzu ifadə edirik. Fəlakətdən zərər çəkən hər kəsə tezliklə sağalmağı və bərpa olunmağı arzu edirik", - deyə açıqlamada bildirilib. Qeyd edək ki, Venesuelada baş verən iki dağıdıcı zəlzələ nəticəsində, ilkin məlumata görə, azı 32 nəfər ölüb.
Mənbə oxu.az

Oxşar Xəbərlər