İdman

"Zaman səyahətçisi" DÇ-2026-nın qalibini açıqladı: Finalın görüntüləri yayıldı - VİDEO

25 Jun 2026, 14:22 9 baxış
"Zaman səyahətçisi" DÇ-2026-nın qalibini açıqladı: Finalın görüntüləri yayıldı - VİDEO
"Zaman səyahətçisi" olduğunu iddia edən şəxs "TikTok"da yayımladığı videoda ABŞ-də keçiriləcək dünya çempionatının finalında olduğunu və matçı şəxsən lentə aldığı üçün qalibi əvvəlcədən bildiyini bildirir. Oxu.Az xəbər verir ki, bu barədə Britaniyanın "DailyStar" nəşri məlumat yayıb. Sirli şəxsin iddialarına görə, həlledici final matçında Argentina və Meksika yığmaları üz-üzə gələcək. "Tona Multiverso" adlı hesabda paylaşılan və guya 19 iyul 2026-cı ildə lentə alınan həmin kadrlarda Nyu-Cersidəki "MetLife" stadionunda iki Cənubi Amerika ölkəsi arasındakı final qarşılaşması əks olunub.

Görüntülərə əsasən, bu gərgin matçda qələbə qazanaraq kuboka sahib çıxan tərəf Meksika millisi olur. "Meksika Argentinaya qarşı. Bu qədər insana, hər yerdə dalğalanan bayraqlara və inanılmaz ab-havaya baxın. Bu, tarixi bir hadisədir. Mən stadionun daxilindəyəm, atmosfer sadəcə möhtəşəmdir. Meksika və Argentina dünya çempionatının finalında oynayır. Baxın, stadion ağzına qədər doludur", - deyə yayılan qeyri-adi videoda qeyd edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər