Siyasət

İƏT Parlamentləri İttifaqının 20-ci sessiyası yekunlaşıb: Bakı Bəyannaməsi qəbul olunub

25 Jun 2026, 11:42 13 baxış
İƏT Parlamentləri İttifaqının 20-ci sessiyası yekunlaşıb: Bakı Bəyannaməsi qəbul olunub
Bakıda İslam Əməkdaşlıq Təşkilatı Parlamentləri İttifaqının 20-ci sessiyası öz işinə yekun vurub. Oxu.Az xəbər verir ki, tədbirə 40-dan çox ölkənin parlament nümayəndə heyətinin, 10-dan çox ölkə spikerinin və 10 beynəlxalq təşkilatın nümayəndələri qatılıb. Tədbirdə Parlament əməkdaşlığı vasitəsilə İƏT üzvü olan dövlətlərdə dayanıqlı və inklüziv iqtisadi inkişafın təşviqi" mövzusunda müzakirələr aparılıb. Konfrasın bağlanış mərasimində regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunan Bakı Bəyannaməsi qəbul olunub. İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Parlament İttifaqının (İƏT Pİ) 20-ci Konfransında Bakı Bəyannaməsi qəbul olunub. Oxu.Az xəbər verir ki, sənəd əsasən Fələstinə, regional münaqişələrin sülh yolu ilə həllinə və İslam dünyasında əməkdaşlıq perspektivlərinin inkişafına həsr olunub. Bəyannamənin mətnini Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü, Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Ceyhun Məmmədov oxuyub.
İƏT Parlamentləri İttifaqının 20-ci sessiyası yekunlaşıb: Bakı Bəyannaməsi qəbul olunub
Mənbə oxu.az

Oxşar Xəbərlər