Siyasət
ABŞ və Çin arasındakı mübarizə dünyanı hansı istiqamətə aparır? - VİDEO
"Yekunlaşdıraq" verilişinin yeni buraxılışı yayımlanıb. Vətən müharibəsinin başlanmasından altı il ötür. 44 günlük müharibə Azərbaycanın tarixində hansı dönüş nöqtəsini yaratdı və bu qələbə ölkənin gələcək inkişafına hansı təsirləri göstərdi? İşğaldan azad edilmiş ərazilərdə dağ-mədən və metallurgiya sənayesinin inkişafı üçün qarşıdakı illərdə hansı layihələr həyata keçiriləcək? II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu ölkəyə yeni investisiyaların cəlb edilməsi və müasir iqtisadi sahələrin inkişafı baxımından hansı imkanları ortaya çıxarır? ABŞ və Çin arasında münasibətlər, Vaşinqton-Pekin rəqabəti, İran ətrafında yaranan gərginlik və BMT-də müşahidə olunan fikir ayrılıqları dünyada yeni geosiyasi reallıqların formalaşmasına necə təsir edir? Dünyanın yeni qlobal qarşıdurmaya yaxınlaşması ilə bağlı səsləndirilən fikirlər nə dərəcədə əsaslıdır və tarixi proseslərdən hansı nəticələri çıxarmaq mümkündür? Verilişdə bu və digər suallara aydınlıq gətirilib.
Mənbə
oxu.az