İdman

DÇ-2026: Mərakeş və Braziliya pley-offda - VİDEO

25 Jun 2026, 04:08 9 baxış
DÇ-2026: Mərakeş və Braziliya pley-offda - VİDEO
2026-cı il futbol üzrə dünya çempionatının C qrupunda Mərakeş və Haiti milliləri qarşılaşıblar. Oxu.Az xəbər verir ki, ABŞ-nin Atlanta şəhərində yerləşən "Mercedes-Benz Stadium"da keçirilən qarşılaşma Mərakeş millisinin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra Mərakeş millisi beş xalla C qrupunu ikinci pillədə başa vuraraq pley-offa vəsiqə qazanıb. Haiti yığması isə bir xalla sonuncu yerdə qərarlaşıb və turniri tərk edib. C qrupunun digər oyununda Şotlandiya və Braziliya milliləri üz-üzə gəliblər. ABŞ-nin Mayami şəhərində yerləşən "Hard Rock" stadionunda keçirilən görüşü meksikalı baş hakim Sesar Ramos Palasuelos idarə edib. Qarşılaşma Braziliya millisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Braziliya yığmasının heyətində yarımmüdafiəçi Vinisius Junior iki dəfə fərqlənib. Digər qolu isə hücumçu Mateus Kunya vurub. Bu nəticədən sonra Braziliya millisi yeddi xalla C qrupunun qalibi olub və pley-offa vəsiqə qazanıb. Şotlandiya yığması isə üç oyundan topladığı üç xalla qrupu üçüncü pillədə başa vurub.
Mənbə oxu.az

Oxşar Xəbərlər