Dünya

Venesuelada güclü zəlzələ: Paytaxtda binalar dağıldı

25 Jun 2026, 03:46 10 baxış
Venesuelada güclü zəlzələ: Paytaxtda binalar dağıldı
Venesuelada güclü zəlzələ baş verib. Oxu.Az Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinə istinadən xəbər verir ki, zəlzələnin episentri Venesuelanın Valensiya şəhərindən 60 kilometr şimal-qərbdə yerləşib. Karakasla Valensiya arasındakı məsafə təxminən 130 kilometrdir. Güclü yeraltı təkanlar nəticəsində Karakasda bir neçə bina çöküb. Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi zəlzələnin maqnitudasını 7.1 bal qiymətləndirib.
Mənbə oxu.az

Oxşar Xəbərlər