Dünya

Beyin xərçənginin ilk simptomları nələrdir? - Həkimlərdən xəbərdarlıq

25 Jun 2026, 02:32 3 baxış
Beyin xərçənginin ilk simptomları nələrdir? - Həkimlərdən xəbərdarlıq
Beyin xərçənginin ən böyük təhlükəsi ondadır ki, onun ilk simptomları çox vaxt digər geniş yayılmış xəstəliklərin əlamətləri ilə səhv salınır. Oxu.Az "El Tiempo" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABC Tibb Mərkəzinin meksikalı həkimləri xəbərdarlıq ediblər. Mütəxəssislər beyin xərçənginin ilkin əlamətləri kimi baş ağrıları, görmə, tarazlıq və koordinasiya problemləri, eləcə də nitq pozğunluqları, zəiflik, əzalarda güc itkisi, ürəkbulanma və qusmanı qeyd ediblər. Bundan əlavə, bəzi xəstələrdə davranış dəyişiklikləri, diqqət konsentrasiyasının pisləşməsi və huşun qarışması kimi halların müşahidə oluna biləcəyi bildirilib. Həkimlər izah edirlər ki, simptomlar birbaşa bədxassəli şişin beynin hansı nahiyəsində yerləşməsindən asılıdır. Mütəxəssislər vurğulayırlar ki, sadalanan əlamətlər heç də həmişə beyin şişinin göstəricisi deyil. Lakin bu hallar davamlı xarakter daşıyırsa, zamanla şiddətlənirsə və ya qəfildən ortaya çıxırsa, dərhal həkimə müraciət etmək vacibdir.
Mənbə oxu.az

Oxşar Xəbərlər