İdman
DÇ-2026: Bosniya və Herseqovina Qətəri, İsveçrə Kanadanı məğlub etdi - VİDEO
2026-cı il futbol üzrə dünya çempionatının B qrupunun 3-cü turunda İsveçrə və Kanada milliləri üz-üzə gəliblər. Oxu.Az xəbər verir ki, qarşılaşma Kanadanın Vankuver şəhərində yerləşən "Bi-Si Pleys" stadionunda keçirilib. Oyunu braziliyalı baş hakim Ramon Abatti idarə edib. Matç İsveçrə millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
İsveçrə yığmasının ilk qolunu 46-cı dəqiqədə Ruben Varqas vurub. O, cinahdan cərimə meydançasına ötürülən topu dəqiq zərbə ilə qapıdan keçirib. 57-ci dəqiqədə yarımmüdafiəçi Yohan Manzambi komandasının ikinci qoluna imza atıb. Kanada millisi isə 76-cı dəqiqədə fərqi azaltmağa nail olub. Komandanın hücumçusu Promis Devid bir qolla yadda qalıb. Bu qələbədən sonra xallarının sayını yeddiyə çatdıran İsveçrə millisi dünya çempionatının pley-off mərhələsinə vəsiqə qazanıb. Həmçinin Kanada yığması da aktivindəki dörd xalla pley-off mərhələsinə adlaya bilib. B qrupunun 3-cü turunun digər oyununda isə Bosniya və Herseqovina ilə Qətər görüşüb. Qarşılaşma ABŞ-nin Sietl şəhərində yerləşən "Lümen Fild" stadionunda keçirilib. Matçı venesuelalı baş hakim Xesus Valensuela idarə edib. Görüş Bosniya və Herseqovina millisinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı 29-cu dəqiqədə bosniyalı yarımmüdafiəçi Kerim-Sem Alaybegoviç açıb. 34-cü dəqiqədə Qətər millisinin müdafiəçisi Sultan Əl-Brake topu öz qapısından keçirərək hesab arasındakı fərqi artırıb. Qətər yığması 42-ci dəqiqədə fərqi azaltmağa nail olub. Komandanın hücumçusu Həsən Əl-Haydos Bosniya və Herseqovina millisinin qapısına yol tapıb. Matçda son nöqtəni isə 81-ci dəqiqədə bosniyalı yarımmüdafiəçi Ermin Mahmiç qoyub və komandasının üçüncü qolunu vurub. Beləliklə, üç oyunda cəmi bir xal toplayan Qətər millisi B qrupunda sonuncu - dördüncü yeri tutaraq turnirlə vidalaşıb. Bosniya və Herseqovina yığması dörd xala malik olmasına baxmayaraq, şəxsi göstəricilərdə eyni xallı Kanadadan geri qalaraq üçüncü pillədə qərarlaşıb.

Mənbə
oxu.az