Dünya
ABŞ Türkiyəyə "F-35" verə bilər: Vaşinqtondan mühüm siqnal
"Vaşinqton administrasiyası Türkiyəyə "F-35 Lightning II" qırıcılarının verilməsi imkanını nəzərdən keçirir və bu məsələ ilə bağlı ABŞ Konqresi ilə iş aparır". Oxu.Az xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Cey. Di. Vens bəyan edib. "Mən bilirəm ki, Pit Heqset və bütün komanda hazırda bu məsələ üzərində işləyir. Çünki Amerika qanunvericiliyinin tələblərinə uyğun olaraq təsdiqlənməli olan müəyyən məqamlar var. Prezident bizə bununla məşğul olmağı tapşırıb", - deyə Vens ABŞ Prezidenti Donald Tramp ilə NATO-nun baş katibi Mark Rütte arasında Ağ Evdə keçirilən görüş zamanı bildirib. Onun sözlərinə görə, məsələ əsasən ABŞ Konqresinin səlahiyyətlərinə aiddir. "Burada söhbət Türkiyənin "F-35" qırıcılarını əldə edə bilməsi üçün ABŞ qanunlarının tələblərinə əməl edib-etməməsindən gedir", - deyə Vens izah edib.
Mənbə
oxu.az