Dünya

ABŞ İrandakı nüvə materialları üçün yüz milyonlarla dollar ayırmaq istəyir

25 Jun 2026, 02:00 2 baxış
ABŞ İrandakı nüvə materialları üçün yüz milyonlarla dollar ayırmaq istəyir
ABŞ Prezidenti Donald Tramp administrasiyası İrandakı nüvə materiallarının zərərsizləşdirilməsi və bununla bağlı digər fəaliyyətlərin həyata keçirilməsi üçün 672 milyon dollar ayrılmasına nail olmağa çalışır. Oxu.Az xəbər verir ki, bu barədə "Fox News" telekanalı mənbəyə istinadən məlumat yayıb. "Tramp administrasiyası İranın nüvə materiallarının ləğvi, ölkədə yoxlamaların və verifikasiya tədbirlərinin aparılması, eləcə də nüvə silahlarının yayılmasının qarşısının alınmasına yönəlmiş digər fəaliyyətlər üçün 672 milyon dollar əldə etməyə çalışır", - məlumatda bildirilir. Telekanalın həmsöhbətinin sözlərinə görə, sözügedən vəsait ABŞ Energetika Nazirliyinə ayrılacaq və "İranın nüvə silahı hazırlamaq və ya əldə etmək imkanından məhrum edilməsinə yönəlmiş fəaliyyətlərin" maliyyələşdirilməsinə sərf olunacaq. Qeyd olunur ki, bu məbləğ daha əvvəl ABŞ mediasının, o cümlədən "The Wall Street Journal" nəşrinin yazdığı 80 milyard dollarlıq əlavə maliyyələşdirmə paketi çərçivəsinə daxildir.
Mənbə oxu.az

Oxşar Xəbərlər