İdman
"Sabah" "Universitatya" ilə bacarmadı
Yeni mövsümə hazırlığı Avstriyada davam etdirən "Sabah" bu gün ilk yoxlama görüşünü keçirib. Oxu.Az xəbər verir ki, Azərbaycan çempionu Rumıniya təmsilçisi "Universitatya" ilə üz-üzə gəlib. Görüş 1:1 hesabı ilə başa çatıb. Qeyd edək ki, Valdas Dambrauskasın baş məşqçisi olduğu komanda iyunun 28-də "Ferentsvaroş" (Macarıstan), iyulun 2-də isə "Polissya" (Ukrayna) komandaları ilə qarşılaşacaq.
Mənbə
oxu.az