İdman
Superkompüter DÇ-2026-nın yeni favoritini açıqladı
Argentina millisi qrup mərhələsinin ikinci turundan sonra futbol üzrə dünya çempionatının ən real qalibi hesab olunur. Oxu.Az xəbər verir ki, bu barədə "Opta" statistik platformasının superkompüteri hesablamalar aparıb. Argentina milli komandası 15.46% ehtimalla turnirin əsas favoritinə çevrilib. İlk üçlükdə həmçinin Fransa (15.06%) və İspaniya (12.48%) yığmaları yer alıblar. Turnir başlamazdan əvvəl "Opta" əsas favorit kimi İspaniyanı göstərirdi. Lakin ispanlar ilk turda Kabo-Verde millisi ilə sensasiyalı şəkildə 0:0 hesablı heç-heçə etdikdən sonra liderliyi Fransaya vermişdilər. "Opta"nın versiyasına görə favoritlərin tam siyahısı belədir: - Argentina - 15.46% - Fransa - 15.06% - İspaniya - 12.48% - İngiltərə - 9.48% - Portuqaliya - 6.71% - Almaniya - 6.60% - Norveç - 5.42% - Braziliya - 4.56% - Niderland - 4.26% - ABŞ - 4.07% Xatırladaq ki, 2026-cı il FİFA dünya çempionatı iyunun 11-dən iyulun 19-dək ABŞ, Kanada və Meksikada keçirilir. Turnirdə ilk dəfə olaraq 48 milli komanda mübarizə aparır. Qrup mərhələsi iyunun 27-də başa çatacaq, pley-off mərhələsi isə 1/16 finaldan start götürəcək.
Mənbə
oxu.az