Dünya

"Qiyamət günü" radiostansiyası iki saatdan çox müddətdə yeddi söz ötürdü

24 Jun 2026, 19:08 3 baxış
"Qiyamət günü" radiostansiyası iki saatdan çox müddətdə yeddi söz ötürdü
"Qiyamət günü" radiostansiyası və "Jujalka" kimi də tanınan "UVB-76" radiostansiyası yenidən efirə çıxıb. Oxu.Az-ın xəbərinə görə, bu barədə postsovet məkanının ən sirli radiostansiyasının aktivliyini izləyən "UVB-76 Loqs" "Telegram" kanalı məlumat verib. Məlumata görə, iyunun 24-də stansiya iki yeni söz ötürüb: "amilovkus" və "rastiraniye". Daha sonra beş kodlu mesaj da səsləndirib. Beləliklə, ilk mesaj Bakı vaxtı ilə saat 10:11-də səslənən "amilovkus" olub, daha sonra 10:16-da "rastrianiye" sözü ötürülüb. Saat 11:36-da "genolis" mesajı yayımlanıb. Saat 11:44-də "gidoprax" və "predstoyaşiy" mesajları efirdə səslənib. Bundan üç dəqiqə sonra isə "pridirçivıy" mesajı peyda olub. Bir saatdan az müddət sonra, saat 12:35-də radiostansiya "utyuqonit" sözü ilə efirə çıxıb. Bundan əvvəl isə "Qiyamət günü" radiostansiyası iyunun 22-də aktiv olub. O zaman "stanonat" və "obedobuyan", iki saat sonra isə "klıkotryum" sözləri səslənib.
Mənbə oxu.az

Oxşar Xəbərlər