Dünya
Böyük Britaniya və Uelsdə yüksəksəviyyəli hava təhlükəsi elan edilib
Böyük Britaniya və Uelsdə iyunun 24-də kəskin istilər səbəbindən ən yüksəksəviyyəli hava təhlükəsi elan edilib. Oxu.Az-ın xəbərinə görə, bu barədə "Sky News" telekanalı məlumat verib. Bildirilib ki, təhsil müəssisələrində dərs saatları azaldılıb, bəzilərində tədris ümumiyyətlə ləğv edilib, dəmiryolu nəqliyyatının hərəkətində fasilələr müşahidə olunur. Telekanalın məlumatına görə, iyunun 24-də Böyük Britaniya və Uelsdə iyun ayın üçün maksimal temperatur rekordu qırıla bilər. Hazırda temperatur 35.6 dərəcə Selsi təşkil edir ki, 1976-cı ildə Böyük Britaniyanın cənubundakı Hempşirdə qeydə alınıb. Böyük Britaniya Meteorologiya Xidməti bildirib ki, iyunun 24-ü və 25-də ölkədə temperatur mütləq rekorda - 40.3 dərəcə Selsiyə yaxınlaşa bilər. Bu göstərici 2022-ci ilin iyul ayında Böyük Britaniyanın şimalındakı Linkolnşirdə qeydə alınıb. "Network Rail" dəmiryolu şirkətindən bildirilib ki, istilik fonunda Böyük Britaniya və Uelsdə dəmiryollarının deformasiyası və kontakt şəbəkəsinin gərginliyi kimi istiliklə əlaqəli riskləri minimuma endirmək üçün sürət məhdudiyyətləri səbəbindən 11% reyslər ləğv edilib və ya yarım saatdan çox təxirə salınıb. Britaniya hökuməti sərnişinləri iyunun 24-ü və 25-də vacib olmayan səyahətlərdən çəkinməyə çağırıb. Böyük Britaniya Meteorologiya Xidməti eyni zamanda iyunun 26-da temperaturun bir qədər aşağı düşəcəyini proqnozlaşdırır, lakin yenə də 30 dərəcə Selsidən yuxarı təşkil edə bilər.
Mənbə
oxu.az