Digər

Konqoda iki qayıq toqquşdu: Azı 30 nəfər öldü

06 Oct 2026, 00:01 2 baxış
Konqoda iki qayıq toqquşdu: Azı 30 nəfər öldü

Konqo Demokratik Respublikasının (KDR) şimal-qərbində çayda iki qayığın toqquşması nəticəsində ən azı 30 nəfər ölüb.


Axar.az xəbər verir ki, bu barədə AP agentliyi məlumat yayıb.


Ölənlərlə yanaşı, onlarla insan itkin düşüb. 57 nəfərin xilas edildiyi bildirilir. Axtarış işləri davam edir.


Gəmilərdən birində 163 nəfər olub. Digər gəmi haqqında isə məlumat mövcud deyil.

Mənbə axar.az

Oxşar Xəbərlər