Dünya
Ağciyərində şiş aşkarlanan Kadir İnanırın SON DURUMU - FOTO
May ayında vəziyyəti pisləşərək xəstəxanaya yerləşdirilən və daha sonra intubasiya edilən türkiyəli məşhur aktyor Kadir İnanırın son vəziyyəti ilə bağlı yaxın ətrafı açıqlama verib. Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir. Məlumata görə, müalicəsi davam edən 77 yaşlı Kadir İnanırın vəziyyəti stabil olsa da, hələ müalicəyə müsbət reaksiya verməyib. Xatırladaq ki, daha əvvəl aktyorun həyat yoldaşı Jülide Kural Kadir İnanırın ağciyərində pnevmoniyanın altında gizli şiş aşkarlandığını bildirmişdi. Onun sözlərinə görə, daha asan müdaxilə etmək, əziyyət çəkməməsi və nəzarət altında müalicə üçün onun intubasiya edilməsinə məcburiyyət yaranıb.
Mənbə
oxu.az